"Neo" BOKT ötən ili zərərlə başa vurub

"Neo" BOKT ötən ili zərərlə başa vurub
18:24

"Neo" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 80 min manat zərərlə başa vurub. Halbuki, BOKT 2024-cü ildən cüzi mənfəətlə çıxmışdı.

News365.az xəbər verir ki, bu il yanvarın 1-nə "Neo"nun aktivləri 31 min manat olub ki, bu da illik müqayisədə 76,5 % azdır. Bunun 28 min manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 31,7 % kiçilib.

Hesabat dövründə "Neo"nun öhdəlikləri 91,3 % azalaraq 2 min manata, balans kapitalı isə 73,4 % azalaraq 29 min manata düşüb.

Xatırladaq ki, "Neo" 2007-ci ildən fəaliyyət göstərən "Finans İnvest" BOKT-un bazasında 2026-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 371 min manatdır.



Sizin reklam burada
Sizin reklam burada