Müxtəlif ölkələrdə istifadəçilər "X" sosial şəbəkəsinə girişdə problemlər yaşayırlar.
News365.az xarici KİV-ə istinadən xəbər verir ki, platformada nasazlıqlar Bakı vaxtı ilə saat 21:00-da müşahidə olunmağa başlayıb.
Belə ki, istifadəçilər paylaşımların görüntülənməsi və kontentlərə daxil olmaqda çətinlik çəkidiklərini bildiriblər. Eyni zamanda, paylaşımların gec yüklənməsi, profil səhifələrinə girişdə də problemlər qeydə alınır. Problemlər "X"in mobil tətbiqində və veb-saytında müşahidə olunur.
"X"dən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.