Nazir müavini dəhşətli qəzadan sağ çıxdı

Nazir müavini dəhşətli qəzadan sağ çıxdı
10:58

Rusiyanın Tula vilayətində fövqəladə hallar nazirinin müavini Roman Kurinin xidməti avtomobili aşıb. Hadisə yerindən olan kadrları və aşmış avtomobilin görüntülərini Baza Telegram kanalı yayıb.

Qeyd edilib ki,  M-4 “Don” avtomobil yolunun 260-cı kilometrliyində 3 avtomobilin iştirakı ilə qəza baş verib. Telegram kanalının məlumatına görə, Kurinin Moskva istiqamətində hərəkətdə olarkən qəflətən onun qarşısında minik avtomobili hərəkətini dəyişməyə başlayıb. Lakin avtomobil sürüşərək digər avtomobilə dəyib. Kurinin qəzadan yayınmağa çalışsa da, idarəetməni itirərək maşınlara çırpılıb və xəndəyə uçub. Nəticədə maşın aşaraq orada qalıb.


Kurinin özü demək olar ki, xəsarət almayıb və tibbi yardımdan imtina edib.

Tural


Sizin reklam burada
Sizin reklam burada