NATO Belçikaya pilotsuz təyyarələrlə mübarizədə kömək edəcək

NATO Belçikaya pilotsuz təyyarələrlə mübarizədə kömək edəcək
14:41

NATO-nun baş katibi Mark Rutte Belçikanın müdafiə naziri Teo Frankenlə Belçikanın hava məkanında pilotsuz təyyarə insidentlərini müzakirə edib və onlarla mübarizədə alyansa kömək edəcəyinə söz verib.

News365.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, noyabrın 4-də Belçikanın hər üç hava limanı Brüssel, Lyej və Şarlerua hava məkanında pilotsuz uçuş aparatlarının (PUA) görünməsi səbəbindən təxminən iki saat bağlanıb. Eyni zamanda, ABŞ-dən bu yaxınlarda alınan F-35 qırıcılarının yerləşdiyi Floren Hava Bazasının səmasında və ABŞ-nin taktiki nüvə silahlarının saxlandığı Kleine Brogel aviabazasının üzərində naməlum pilotsuz təyyarələr müşahidə edilib.

Franken Vaşinqton müqaviləsinin NATO ölkələri ilə təhlükəsizlik üzrə məsləhətləşmələri nəzərdə tutan 4-cü maddəsini aktivləşdirmək niyyətində olduğunu açıqlayıb. 

Belçikanın baş naziri Bart de Vever məsələni müzakirə etmək üçün noyabrın 6-da Milli Təhlükəsizlik Şurasının iclasını çağıracağını açıqlayıb.


Sizin reklam burada
Sizin reklam burada