NASA-dan Tramp-Mask mübahisəsi ilə bağlı AÇIQLAMA

NASA-dan Tramp-Mask mübahisəsi ilə bağlı AÇIQLAMA
06 İyn 2025 14:40

Tramp-Mask mübahisəsi missiyanın yerinə yetirilməsinə təsir etməyəcək.

News365.az "İnterfaks"a istinadən xəbər verir ki, bununla bağlı Amerika kosmik agentliyi NASA açıqlama yayıb.

Açıqlamaya görə, İlon Maskla fikir ayrılıqlarına baxmayaraq, ABŞ prezidenti Donald Trampın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üzərində işlər davam edəcək:

"NASA Prezidentin kosmosun gələcəyi ilə bağlı vizyonunu çatdırmağa davam edəcək. Biz kosmosda Prezidentin məqsədlərinə nail olmağımızı təmin etmək üçün sənaye tərəfdaşlarımızla işləməyə davam edəcəyik".


Sizin reklam burada
Sizin reklam burada