Münaqişə həll ediləcək, Ukrayna dağılacaq - Vipler

Münaqişə həll ediləcək, Ukrayna dağılacaq - Vipler
12 Fev 2025 23:45

Ukrayna münaqişəsinin nizamlanması məsələləri Kiyevin iştirakı olmadan həll olunacaq. Avropa Birliyi də danışıqlar prosesinə dəvət olunmaya bilər.


News365.az xəbər verir ki, bu bəyanatla Polşa Seyminin deputatı Pşemıslav Vipler çıxış edib.


"Bunun necə bitəcəyi haqda Polşadan kənarda, Ukraynadan kənarda, bəlkə də Avropadan kənarda qərar veriləcək", - deyə polşalı parlamentari deyib.


Vipler iddia edib ki, Ukrayna böhranını amerikalılar həll edəcək. Onun fikrincə, Ukrayna münaqişə səbəbindən dağılacaq və yaralanacaq.


Qeyd edək ki, bu gün Tramp və Putin arasında telefon danışığı baş tutub.


Sizin reklam burada
Sizin reklam burada