Mövlud Mirəliyevə yüksək vəzifə verildi

Mövlud Mirəliyevə yüksək vəzifə verildi
24 Mar 2025 15:45

Cüdo üzrə olimpiya və dünya mükafatçısı, DİN İdman Cəmiyyətinin sədri, polkovnik-leytenant Mövlud Mirəliyevə vəzifə verilib.

News365.az Prosport.Az-a istinadən xəbər verir ki, 51 yaşlı sabiq idmançı Xüsusi Olimpiya Komitəsinin prezidenti təyin olunub.

O bu vəzifədə Rövşən Məmmədovu əvəzləyib.

Qeyd edək ki, martın 7-də Xüsusi Olimpiya Komitəsinin sədri (baş idarəedici) Şahin Əliyev yaşı ilə əlaqədar olaraq vəzifəsindən ayrılıb. Onun yerinə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov seçilib.



Sizin reklam burada
Sizin reklam burada