Avropa ABŞ-la əməkdaşlıq etmək istəyir, lakin AB Vaşinqtonun tariflərinə vahid cəbhə ilə cavab verməyə hazırdır.
News365.az xəbər verir ki, bunu Almaniya kansleri vəzifəsini icra edən Olaf Şolts deyib.
O qeyd edib ki, ticarət müharibələri bütün tərəflərə ziyan vurur:
"Avropa sadəlövh deyil, amma zəif də deyil.
Ona görə də ABŞ-a deyirəm: Avropanın məqsədi əməkdaşlıq olaraq qalır. Amma ABŞ polad və alüminium tariflərində olduğu kimi bizə seçim qoymasa, biz də AB olaraq cavab verəcəyik".