Rusiyadakı azərbaycanlıların nəzərinə! - Sabahdan bu qadağa qüvvəyə minir

Rusiyadakı azərbaycanlıların nəzərinə! - Sabahdan bu qadağa qüvvəyə minir
31 Mar 2025 09:34

Rusiyada bu il  aprelin 1-dən miqrant övladlarının məktəblərə qəbulunda qadağalar tətbiq ediləcək.

Əcnəbilər Rusiya ərazisində olmalarının qanuniliyini təsdiq edən sənəd təqdim edilməklə əsas ümumi təhsil proqramları üzrə məktəbə qəbul ediləcəklər.
 

Eyni zamanda məktəbə qəbul olmaq üçün şagird rus dili biliyi ilə bağlı imtahandan uğurla keçməlidir. Qeyd edək ki, imtahan testi ödənişsiz olacaq. Bu, Rusiyanın Təhsil Nazirliyi tərəfindən müəyyən edilib.


Təhsil Nazirliyinin əmrinə əsasən, sınaq imtahanlarından müvəffəqiyyətlə keçmək üçün minimum üç bal həddi müəyyən edilib.


Sizin reklam burada
Sizin reklam burada