İmamoğlunun telefonu araşdırıldı – Nələr aşkarlanıb?

İmamoğlunun telefonu araşdırıldı – Nələr aşkarlanıb?
31 Mar 2025 10:42

İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) korrupsiya iddiaları ilə bağlı araşdırma çərçivəsində həbsdə olan bələdiyyə sədri Ekrem İmamoğlunun polisə təqdim etmədiyi ikinci telefonunun qeydləri analiz edilib.

Bu barədə TRT kanalı məlumat yayıb.

Araşdırma nəticəsində onun eyni istintaq çərçivəsində saxlanılan şəxslərlə sıx əlaqə saxladığı müəyyən edilib.

İstintaq materiallarına görə, İmamoğlu tikinti şirkətinə 50 milyon lirə köçürdüyü iddia edilən Hüseyn Köksal ilə beş dəfə danışıb.

O, eyni zamanda "Kültür AŞ" şirkətinin həbsdə olan keçmiş baş direktoru Serdal Taşkın ilə səkkiz, hazırkı baş direktoru Murat Abbas ilə on bir, bələdiyyənin Əmlak İdarəetmə Departamentinin rəhbəri Kağan Sürmegöz ilə isə iki dəfə telefon əlaqəsi yaradıb.
 

Bundan əlavə, İmamoğlunun telefon məlumatlarına əsasən, istintaq sənədlərində "qrup rəhbərlərindən biri" kimi təqdim edilən Fatih Keleş ilə 135 dəfə danışıb. 


Qeyd edək ki, İBB-yə qarşı aparılan korrupsiya və terror istintaqı çərçivəsində ümumilikdə 93 nəfər saxlanılıb və aralarında İmamoğlunun da olduğu 52 nəfər həbs edilib. (modern.az)


Sizin reklam burada
Sizin reklam burada