Seçkini saxtalaşdıran qoca ermənilər tutuldu

Seçkini saxtalaşdıran qoca ermənilər tutuldu
30 Mar 2025 22:15

Ermənistanda 80 yaşlarında erməni qadınlar saxlanılıb.


News365.az Teleqraf-a istinadən xəbər verir ki, qoca ermənilər müxalif namizədin xeyrinə seçki saxtakarlığına yol verməkdə təqsirləndirilir.


Tutulan qocaların vəkili Ruben Melikyan bildirib:


“Polis binasının yanındayıq. Həbs olunan yaşlı qadınlar buradadır. Bizi içəri buraxmadılar. Qanunla dərhal içəri keçməliydik”.


Qeyd edək ki, Ermənistanın Gümrü və Paraker bölgələrində bələdiyyə seçkiləri keçirilir.


Sizin reklam burada
Sizin reklam burada