ABŞ adanı ala bilməyəcək

ABŞ adanı ala bilməyəcək
30 Mar 2025 23:59

ABŞ adanı ala bilməyəcək.


News365.az xəbər verir ki, bunu Qrenlandiyanın yeni Baş naziri Yens-Frederik Nilsen Trampın adanın ilhaqına dair açıqlamalarına cavabında bildirib.


"Tramp deyib ki, ABŞ Qrenlandiyanı alacaq. Mən açıq deyim: ABŞ adanı ala bilməyəcək. Biz başqalarına aid deyilik. Öz gələcəyimizə özümüz qərar veririk. Bu, dünən də belə idi, bu gün də belədir, gələcəkdə də belə olacaq", - o vurğulayıb.


Nilsenin sözlərinə görə, Qrenlandiya xalqı Trampın bəyanatlarından qorxmamalı və ona sakit, ləyaqət və birliklə cavab verməlidir.


Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp adanı alacağına 100 faiz əmin olduğunu bildirmişdi.


Sizin reklam burada
Sizin reklam burada