Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, o, amerikalı həmkarı Donald Trampa aprelin 20-dən Ukraynadakı münaqişə zonasında atəşkəs barədə razılığa gəlməyi təklif edib.
News365.az xəbər verir ki, Stubbun sözlərinə görə, martın 29-da Floridada şəxsi görüş zamanı ABŞ liderinə bu barədə deyib.
Finlandiya prezidenti izah edib ki, heç bir şərt olmadan tam atəşkəs üçün konkret tarix lazımdır:
"Niyə 20 aprel? Çünki bizə son tarix lazımdır, bu, Pasxa bayramıdır və 20 apreldə Prezident Donald Trampın vəzifəsinin icrasına başlamasının üç ayı tamam olacaq".
Finlandiyalı siyasətçi həmçinin atəşkəsin razılaşdırıla bilməməsi və ya Rusiyanın onun şərtlərini pozması halında güclü sanksiyalar mexanizmi yaratmağa çağırıb.