Rusiyanın paytaxtında bomba həyəcanı yaşanıb. Baza Telegram kanalının yaydığı məlumata görə, bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər Moskvanın Kuntsevo rayonunda Kia Optima avtomobilinin altında tapılan şübhəli əşyanı zərərsizləşdiriblər.
“Partlayıcılar üzrə ekspertlər minalanmış “Kia”dan şübhəli qurğu çıxararaq onu zərərsizləşdiriblər”, - məlumatda deyilir.
Hadisə yerindən çəkilmiş videogörüntülərdə xüsusi qoruyucu geyimdə olan zabitin park edilmiş sedana tərəf getməsi əks olunub. Bomba məhv edən xüsusi robot da maşının yanındadır.
Tural