Molla rejiminin məhv etdiyi tarixi abidələrimiz- FOTO
Aktual
09:19
Hazırda İran adlanan coğrafiyada Dövləti Bayanduriyyə (Ağqoyunlu) hökmdarı Həsən Padşah tərəfindən Təbrizdə Sahib Abad meydanında təməli 1470-ci ildə Padşah fərmanı ilə inşa edilən Sultan Həsən məscidinin son durumu.
Tarixi sənədlərdə məscid "Həsən padşahın məscidi" adlanır. Övliya Çələbi məscid barədə yazır:
"Sultan Həsən Məscidi Uzun Həsən tərəfindən sultanlar layiq tikilən məscidir. Məscidin sütunlarının bənzəri Misir, Şam, İraqi-Ərəb və Əcəmdə yoxdur. Yalnız bu Həsən camesindədir"
Səyyahlar və o dövrün tədqiqatçıları qeyd edirlər ki, İslam dininin məzhəblərinə də ayrı-seçkilik qoyulmurdu onun dövründə..
Sultan Həsən məscidinin yanında hənəfi, bir tərəfində şafii məscidi, bir tərəfində şiə, bir tərəfində isə sünni məscidləri yerləşib.( BAX: Sandra Aube, "The Uzun Hasan Mosque in Tabriz: new perspectives on a Tabrizi ceramic tile workshop")
Həsən Paşa məscidinin hazırkı vəziyyəti Təbrizdəki digər tarixi abidələrimiz kimi Pəhləvi və Molla rejimində məhv olmağa başlanıb. Bu abidə İran Pəhləvi dövründə, 1975-ci ildə “Milli Abidələr” siyahısında qeydiyyata alınsa da, İranda Azərbaycanın bir çox tarixi abidəsi kimi nəzarət edilmədiyindən, ciddi dağıntılara məruz qalıb.
Hətta 2020-ci ildə Həsən Paşa məscidinin giriş hissəsi məhərrəmlik mərasimi keçirənlər tərəfindən yandırılıb.
Eyni bundan da pis vəziyyətdə Cahanşah məscididir ki, bu barədə növbəti yazımda.
Persiya 1935- ci ildə İran olandan sonra Azərbaycan türk dövlətlərinə məxsus abidələr viran olmaqda davam edir, bu günün özündə də.