AKP-nin sabiq rəhbəri Zeki Tosun vəfat edib

AKP-nin sabiq rəhbəri Zeki Tosun vəfat edib
16:33

AKP Zonguldak Təşkilatının sabiq vilayət rəhbəri Zeki Tosun bu gün səhər saatlarında vəfat edib. Məlumata görə, 66 yaşlı siyasətçinin səhhəti son günlərdə pisləşmişdi.

News365.az xəbər verir ki, Zeki Tosunun vəfatı ailəsi, yaxınları və siyasi çevrələrdə dərin üzüntü ilə qarşılanıb. Onun cənazəsi 8 avqust Cümə günü Uzun Mehmet məscidində qılınacaq cümə namazının ardından Asri qəbiristanlığında torpağa tapşırılacaq.

Türkiyənin sabiq daxili işlər naziri Süleyman Soylu sosial media hesabında mərhumla bağlı başsağlığı mesajı paylaşıb. O bildirib:

“Əvvəlki dövrlərdə AK Partiyanın Zonguldak vilayət rəhbərlərindən, birlikdə çalışarkən səmimiyyətinə, zəhmətinə, dostluğuna və zərifliyinə yaxından şahid olduğum Zeki Tosun başqanımızın Haqqa qovuşduğunu öyrəndim. Allahdan rəhmət, ailəsinə, xidmət etdiyi Zonguldaka və camiəmizə başsağlığı diləyirəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun."

News365.az 


Sizin reklam burada
Sizin reklam burada