İsrail əsgərlərinin yardım məntəqəsinə hücumu nəticəsində həyatını itirən 15 yaşlı Qazel əl-Fərəməvinin anası, ailəsini dolandırmaq üçün qızına aid geyimləri satmaq məcburiyyətində qalıb.
News365.az xəbər verir ki, Səfa əl-Fərəməvi qızını saatlarla axtardıqdan sonra onun cəsədini kəfənə bürünmüş halda tapdığını bildirib. Hazırda çadırda məskunlaşan ana, digər qızının da yardım axtarışı zamanı yaralandığını deyir.
O, yardım məntəqələrində insanlara qarşı hörmətsiz yanaşmadan gileylənib: “İnsanların, xüsusilə qadınların ləyaqəti təhqir olunur. Qadınlar yardım üçün sıraya düzüləndə təhqirə məruz qalırlar.”
Səfa əl-Fərəməvi beynəlxalq təşkilatlara çağırış edərək, əvvəlki kimi ədalətli və ləyaqətli yardım mexanizmlərinin bərpa olunmasının vacibliyini vurğulayıb.
News365.az