Paşinyan ABŞ-yə GETDİ - YENİLƏNİB

Paşinyan ABŞ-yə GETDİ - YENİLƏNİB
11:40

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfərə yollanıb.

News365.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. 

Məlumata görə, Paşinyan avqustun 7-8-də Vaşinqtonda səfərdə olacaq.

Xatırladaq ki, “The Washington Post” ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Ağ Evdə Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşünün gözlənildiyini yazıb.

***

Ermənistan Baş naziri Nikol Paşinyan 7-8 avqust tarixlərində ABŞ-a səfər edəcək.

News365.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

    Məlumatda bildirilir ki, Paşinyan Vaşinqtonda Ermənistan-ABŞ strateji tərəfdaşlığının dərinləşdirilməsi məqsədilə ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək.

    Məlumatda o da qeyd edilib ki, Paşinyan ABŞ və Azərbaycan prezidentlərinin iştirakı ilə regionda sülhün, rifahın və iqtisadi əməkdaşlığın təşviqinə yönəlmiş üçtərəfli görüş keçirəcək.


    Sizin reklam burada
    Sizin reklam burada