Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə qarşı olmadığını bildirib.
News365.az xəbər verir ki, bu barədə Rusiya lideri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nahyanla görüşdən sonra jurnalistlərə açıqlamasında danışıb.
Putin görüş məsələsinə açıq yanaşdığını qeyd etsə də, bu cür təmasların konkret şərtlər və nəticələrə əsaslanmalı olduğunu da vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Putin Trampla BƏƏ-də görüşə biləcəklərini vurğulamışdı.