Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edib.
News365.az xəbər verir ki, bu barədə məlumatı “NTV” yayıb.
Türkiyənin XİN rəhbərinin Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa ilə görüşü planlaşdırılır.
H.Fidanın Dəməşqdə keçirəcəyi görüşlərdə iki ölkə arasındakı münasibətlər, Suriyanın bərpası və terrorla mübarizə məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
***
“TRT Haber”in məlumatına görə, Əhməd əl-Şaraa Dəməşqdə səfərdə olan Hakan Fidanı qəbul edib.