Qızardılmış kartof diabet riskini artırır – Harvard alimlərindən xəbərdarlıq

Qızardılmış kartof diabet riskini artırır – Harvard alimlərindən xəbərdarlıq
14:44

Harvard Universitetinin alimləri maraqlı nəticələrlə yadda qalan genişmiqyaslı bir araşdırma aparıblar. 30 ildən çox müddətdə 205 mindən çox iştirakçının qidalanma vərdişlərini izləyən tədqiqatçılar müəyyən ediblər ki, kartofun bişirilmə üsulu tip 2 şəkərli diabet riskinə ciddi təsir göstərir.

News365.az xəbər verir ki, əldə edilən nəticələrə görə, müntəzəm olaraq qızardılmış kartof (kartof fri və s.) istehlak edən şəxslərdə tip 2 diabet riski təxminən 20% yüksəlir. Əksinə, kartofun qaynadılmış, buğda bişirilmiş və ya püre halında yeyilməsi bu risklə əlaqələndirilməyib.

Alimlər həmçinin vurğulayıblar ki, sağlam alternativlər – xüsusilə tam taxıllar (çörək, qəhvəyi düyü, tam buğda makaronu və s.) – diabet riskini əhəmiyyətli dərəcədə azalda bilər. Belə ki, sadəcə kartof qızartmasını bu qidalarla əvəzləmək, tip 2 diabet ehtimalını 19% aşağı salır.

Tədqiqat müəllifləri bildirirlər ki, pəhrizdə aparılan kiçik dəyişikliklər belə uzunmüddətli sağlamlıq üçün böyük fərq yarada bilər. Onların fikrincə, bu cür dəyişikliklər yalnız diabetin deyil, bir çox digər metabolik xəstəliklərin də qarşısını almaqda mühüm rol oynaya bilər.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada