Niğdənin Değirmenli qəsəbəsində faciəvi hadisə baş verib. Müstəqil evdə yaşayan 6 yaşlı M.Ö-nün üzərinə evdəki dolab aşıb.
News365.az xəbər verir ki, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub. Yaralı uşaq dərhal Niğdə Ömər Halisdemir Universitetinin Tədris və Araşdırma Xəstəxanasına çatdırılıb.
Həkimlərin göstərdiyi bütün tibbi müdaxilələrə baxmayaraq, M.Ö-nün həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
News365.az