MİT rəhbəri İrana gedib

MİT rəhbəri İrana gedib
08 Fev 2025 22:15

Türkiyə Kəşfiyyat Təşkilatının (MİT) rəisi İbrahim Kalın Tehranda İranın Milli Təhlükəsizlik Ali Şurasının rəhbəri Əli Əkbər Əhmədianla görüşüb.

"Azad İran" "Telegram" kanalının yaydığı məlumata görə, görüş zamanı ikitərəfli münasibətlər, regional vəziyyət, xüsusilə də Suriyadakı vəziyyət müzakirə edilib.

Hər iki tərəf vurğulayıb ki, Türkiyə və İran arasındakı münasibətlər sıxdır, əsas məsələlərdə isə onların mövqeləri üst-üstə düşür.


Sizin reklam burada
Sizin reklam burada