Misirdə rusiyalı turistlər arasında rotavirus epidemiyası başlayıb

Misirdə rusiyalı turistlər arasında rotavirus epidemiyası başlayıb
11:24

Rusiyalı turistlər Misirin Makadi kurortunda kütləvi şəkildə rotavirusa yoluxublar. Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.


“Misirdəki kurortda ruslar arasında geniş miqyaslı rotavirus epidemiyası var. Turistlər otellərə daxil olduqdan bir neçə gün sonra halları pisləşir”, - məlumatda deyilir.


Qeyd olunub ki, turistlər rotavirus infeksiyası diaqnozu ilə yerli xəstəxanalara da yerləşdirilirlər. Xəstəliyin simptomları kurorta gəldikdən 3-5 gün sonra görünür. Hətta turistlər kütləvi şəkildə huşlarını itiriblər.

Tural


Sizin reklam burada
Sizin reklam burada