Millimizin sonuncu rəqibi Fransa oldu

Millimizin sonuncu rəqibi Fransa oldu
24 Mar 2025 09:07

Futbol üzrə Azərbaycan millisinin 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsindəki sonuncu rəqibi də Fransa - Xorvatiya matçının nəticəsindən sonra bəlli olub.

Ötən ilin dekabrında baş tutmuş püşkatma nəticəsində D qrupunda yarışacağı müəyyənləşmiş Azərbaycan bu qrupda Ukrayna və İslandiya ilə yanaşı Millətlər Liqasının 1/4 finalında Xorvatiyaya qalib gəlmiş Fransa ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, seçmə komandamız DÇ-2026-nın seçmə mərhələsindəki görüşlərinə sentyabrın 5-də start verəcək.


Sizin reklam burada
Sizin reklam burada