Mikayıl İsmayılovun oğlu ilə məhkəməlik olan Fidan saxlanıldı

Mikayıl İsmayılovun oğlu ilə məhkəməlik olan Fidan saxlanıldı
12:50

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin övladının anası olduğunu bildirən keçmiş sevgilisi Fidan Abbasova saxlanılıb.

News365.az-ın məlumatına görə, F.Abbasova hədə-qorxu ilə tələb etməkdə və xuliqanlıqda ittiham edilir.

Şantajla bağlı ittiham üzrə şikayətçi Orxan İsmayılzadədir. O iddia edir ki, Fidan 2017-ci ildə onlardan 200 min manat pul alıb.

Fidan isə ittihamı qəbul etmir. Onun sözlərinə görə, məqsəd uşağın atalığına dair iddiadan imtina edilməsinə nail olmaqdır. Çünki birinci və apellyasiya instansiya məhkəmələri uşağın atasının O.İsmayılzadə olduğunu təsdiqləyib.

Hazırda Fidan cinayət məsuliyyətinə cəlb edilib. O, gün ərzində həbs tələbi ilə Xətai Rayon Məhkəməsinə çıxarılacaq./// qafqazinfo




Sizin reklam burada
Sizin reklam burada