Tovuzda iki avtomobil toqquşub.

Tovuzda iki avtomobil toqquşub.
17:40

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Tovuz şəhərində Fariz Ələkbərov və Elməddin Nəsibov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Chevrolet" və "Opel" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə və işıq təsərrüfatına ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada