“Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı təsis ediləcək.
News365.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi təklif olunur.
Məsələ yanvarın 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunacaq.