Məşhur proqramçı 4 ildir avtomobildə yaşayırmış

Məşhur proqramçı 4 ildir avtomobildə yaşayırmış
15:21

"South China Morning Post" maraqlı məlumat yayıb. Məqalədə qeyd edilib ki, Çində bir kişi evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır.


O, Çinin məşhur proqramçılarındandır.


"Çjan Yunlay adlı proqramçı öz həyat tərzi ilə ictimaiyyəti təəccübləndirib. O, doğma şəhərində dörd mərtəbəli ev sahibi olmasına baxmayaraq, dörd ildir ki, öz elektromobilində yaşayır.

Kişinin sözlərinə görə, bir vaxtlar o, təxminən 340 dollar kirayə haqqı ödəyərək mənzil kirayələyib. Lakin parka bir dəfə səfər etdikdən sonra hər şey dəyişib. Təbii şəraitdə düşərgə təcrübəsi Çjanı həyat prioritetlərini yenidən düşünməyə ruhlandırıb. O, nəhayət, maşınının arxasına döşək quraşdırılması mümkün olan, arxa oturacaqda rahat yatmağa imkan verən elektrik avtomobili alıb",- nəşr yazıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada