Şəhid ailələrinin də iştirak etdiyi tədbirdə bəzi şəhid ailələri barədə sərt fikirlər səsləndirən jurnalist Sevinc Hüseynova ilə şəhid Zamin Abbasovun anası Sevda xanım arasında mübahisə yaşanıb.
News365.az-ın məlumatına görə, şəhid anası jurnalistin çıxışına etiraz edib və ona mesaj yazıb. Tərəflər arasında yazışmadan sonra mübahisə yaranıb. Daha sonra Sevda xanım video müraciət yayaraq jurnalistin cəzalandırılmasını istəyib.
Hadisədən sonra isə jurnalist Sevinc Hüseynova şəhid anasının evinə gedərək ondan üzr istəyib.
Hüseynova bildirib ki, bu addımı qorxduğu üçün deyil, emosiyalarına qapıldığını düşündüyü üçün atıb. Jurnalist daha sonra çıxışındakı məqsədin şəhid analarını daha ucalarda görmək olduğunu qeyd edib.