Merz, Makron və Starmer Kiyevə səfər ediblər - YENİLƏNİB

Merz, Makron və Starmer Kiyevə səfər ediblər - YENİLƏNİB
11:08

Bu gün Fransa, Polşa, Böyük Britaniya və Almaniya liderləri Kiyevə səfər ediblər.

News365.az xəbər verir ki, UNİAN-ın verdiyi məlumata görə, Polşanın baş naziri Donald Tusku dəmiryolu vağzalında xarici işlər naziri Andrey Sibiga və Prezident Administrasiyasının rəhbəri Andrey Yermak qarşılayıblar.

    Tusklə birlikdə paytaxta qatarla Almaniyanın yeni kansleri Fridrix Mers, Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron da gəliblər.

    Ukraynalı rəsmilər qonaqları rəsmi geyimdə qarşılayıblar.

    Dəmir yolu vağzalında təhlükəsizlik tədbirləri ciddi şəkildə gücləndirilib.

    Həmçinin, Starmer, Makron və Mersin Kiyevə səfəri zamanı çəkilmiş kadrlar da yayılıb. Kadrlarda onlarla birlikdə Tusk görünməyib.

    Prezident Administrasiyasının rəhbəri Andrey Yermak bildirib ki, Ukraynanın paytaxtında "qətiyyətlilər koalisiyasını" salamlamaqdan məmnundurlar. Onun sözlərinə görə, tərəfləri çoxlu iş və müzakirə olunmalı bir sıra mövzular gözləyir.

    “Bu müharibəyə ədalətli bir sülhlə son qoymaq lazımdır. Moskvanı atəşkəsə getməyə məcbur etmək lazımdır,” – deyə Yermak qeyd edib.

    ***

    09:12

    Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer Kiyevə yola düşüblər.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.

      Agentliyin məlumatına görə, siyasətçilər Polşanın baş naziri Donald Tuskla birlikdə 10 may tarixində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırırlar. Görüş zamanı Ukraynaya gələcək dəstək məsələlərinin müzakirə olunacağı gözlənilir.

      Qeyd edək ki, birgə bəyanatlarında onlar ABŞ prezidenti Donald Trampın 30 günlük tam və qeyd-şərtsiz atəşkəs çağırışını dəstəklədiklərini bildiriblər.

      Onların fikrincə, bu atəşkəs ədalətli və davamlı sülh haqqında müzakirələr üçün şərait yaratmalıdır.



      Sizin reklam burada
      Sizin reklam burada