Mərkəz və metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb

Mərkəz və metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb
13 Apr 2025 15:19

Bakıda yol qəzası iki istiqamətdə sıxlığa səbəb olub.

Bu barədə  DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bununla yanaşı, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında isə texniki nasaz avtomobil yolda qalıb.

Qeyd edilən səbəblərdən mərkəz və metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.


Sizin reklam burada
Sizin reklam burada