Vasif Məhərrəmli Ədalət Şükürovun xanımından danışdı

Vasif Məhərrəmli Ədalət Şükürovun xanımından danışdı
15 Fev 2025 17:10

Müğənni Vasif Məhərrəmli həmkarı Ədalət Şükürov və onun həyat yoldaşı Aygün xanım haqqında səmimi fikirlər səsləndirib. O, Aygün xanımı bacısı kimi gördüyünü və ona böyük dəyər verdiyini bildirib:


"Ədalət Şükürovun xanımı mənim bacımdır, başımın tacıdır. Mən onu dünyalar qədər istəyirəm. Onun bir neçə sinif yoldaşlarını tanıyıram. Onlar mənə belə bir söz deyiblər: ‘Bəlkə də Ədalət Şükürovun həyatda qazandığı ən böyük uduş və ən böyük varı-dövləti Aygün xanımla evlənməsi olub.’”


Müğənni dostluq və səmimiyyətin əhəmiyyətinə də toxunaraq vurğulayıb ki, yaxşı insanın qarşısına hər zaman yaxşı insan çıxmalıdır. O, dostluqda söz-söhbətin olmamasının vacibliyini də qeyd edib:


"Vallah, sizin yaxşı dostunuz, dostların heç vaxt ağzında çox söhbət olmaz."



Sizin reklam burada
Sizin reklam burada