Gəncə Şəhər Məhkəməsində ötən il qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
News365.az xəbər verir ki, hakim Elçin Məmmədovun sədrlik etdiyi prosesdə Kamran Əsədov ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.
O, autizimli övladını müalicəyə aparan kimsənin olmadığını bildirib. Bu, K.Əsədovun ev dustaqlığı ilə bağlı sayca üçüncü vəsatətidir.
Məhkəmə vəsatəti təmin etməyib. Proses şahidlərin dindirilməsi ilə davam edib.
Şahid qismində ifadə verən orta məktəb müəllimi Əfsanə Sadıqova təqsirləndirilən Gündüz Abbasovu valideyn Ramin Abdullayevlə sadəcə tanış etdiyini deyib. Onun sözlərinə görə, sonrakı gedişatdan məlumatı olmayıb.
Məhkəmədə daha bir şahid qisminə Rəşad Alıyev ifadə verib.
Növbəti məhkəmə prosesi avqust ayının 3-ü saat 15-00-a təyin edilib.(Teleqraf)