Estoniyada hərbi şəhərcik yaxınlığında naməlum dron vurulub

Estoniyada hərbi şəhərcik yaxınlığında naməlum dron vurulub
28 Okt 2025 21:50

Estoniyanın cənub hissəsində, Reedo hərbi şəhərciyi yaxınlığında bir neçə naməlum dron müşahidə edilib, onlardan biri anti-dron tüfəngi ilə vurulub.

News365.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının mətbuat katibi Liiz Vaksman “Postimees” nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Müdafiə Qüvvələri Daxili İşlər Nazirliyinə tabe Polis və Sərhəd Mühafizəsi Departamenti ilə birgə dronu tapmağa cəhd edib, lakin bu, mümkün olmayıb.


Sizin reklam burada
Sizin reklam burada