“Bolmart” mağazaları fəaliyyəti dayandırdı

“Bolmart” mağazaları fəaliyyəti dayandırdı
16:37

“Bolmart” supermarketlər şəbəkəsi bu gündən etibarən fəaliyyətini dayandırıb.

News365.az xəbər verir ki, alış-veriş üçün mağazaya üz tutan alıcılar qapıların bağlı olduğunu görüblər. Marketdən alıcılara artıq supermarketlər şəbəkəsinin
işləmədiyi bildirilib.

Qeyd edək ki, “Bolmart” supermarketlər şəbəkəsinin Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadəyə aid olduğu iddia edilir.


Sizin reklam burada
Sizin reklam burada