Pentaqon Sakit okeanda katerlərə zərbələr endirib

Pentaqon Sakit okeanda katerlərə zərbələr endirib
19:20

ABŞ Silahlı Qüvvələri Sakit Okeanın şərq hissəsində dörd katerə zərbələr endirib.

News365.az xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset bildirib.

"Dünən Prezident Trampın göstərişi ilə ABŞ Müharibə Nazirliyi Sakit Okeanın şərq hissəsində narkotik daşıyan terror təşkilatlarına məxsus dörd gəmiyə üç kinetik zərbə endirib", - o, "X" sosial şəbəkəsində yazıb.

P.Heqsetin sözlərinə görə, üç zərbə nəticəsində 14 narkoterrorçu öldürülüb, bir nəfər sağ qalıb.

Nazir vurğulayıb ki, bütün zərbələr beynəlxalq sularda endirilib və amerikalı hərbçilər xəsarət almayıb.


Sizin reklam burada
Sizin reklam burada