“Oktyabrın 28-də gecə saatlarında bir qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub”.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov News365.az-a açıqlamasında bildirib ki, əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə kişinin qadına zorakılıq göstərməsini əks etdirən görüntülər yayılıb. Kadrlarda qadının saçlarının qırxıldığı və onun təhqir edildiyi əks olunur.