Aydın Böyükşəhər Bələdiyyəsi Edis və Aleyna Tilki’nin konsertlərini ləğv edib

Aydın Böyükşəhər Bələdiyyəsi Edis və Aleyna Tilki’nin konsertlərini ləğv edib
17:07

CHP-dən AKP-yə keçən Aydın Böyükşəhər Bələdiyyə Başçısı Özlem Çerçioğlunun təşkil etdiyi Aydın Gənclik Festivalı öncəsi maraqlı qalmaqal yaşanıb.

News365.az xəbər verir ki, belə ki, festivalın konsert siyahısından məşhur sənətçilər Edis və Aleyna Tilki çıxarılıb.

Dörd gün davam edəcək festivalda əvvəlcədən Ceza, Zeynep Bastık, Emircan İğrek, Sena Şener, Norm Ender və Madrigal kimi məşhur adların səhnəyə çıxacağı açıqlanmışdı. Lakin Edis və Aleyna Tilki’nin konsertlərinin proqramdan çıxarıldığı bildirilib.

Məlumata görə, festivalın təşkilatı tender proseduru həyata keçirilmədən, birbaşa təminat üsulu ilə keçiriləcək.

Odatv-nin xəbərinə görə, AKP Aydın İl Təşkilatından gələn etirazlar nəticəsində Edis və Aleyna Tilki’nin konsertləri ləğv olunub. Aydın Böyükşəhər Bələdiyyəsindən isə hələ rəsmi açıqlama verilməyib.


Sizin reklam burada
Sizin reklam burada