Nazilə Səfərlidən qalmaqallı açıqlama: "Adam bilmir kimi alsın, qana düşməsin"

Nazilə Səfərlidən qalmaqallı açıqlama: "Adam bilmir kimi alsın, qana düşməsin"
16:53

Şairə Nazilə Səfərli açıqlaması ilə diqqət çəkib.

News365.az xəbər verir ki, o, qız toyundan sonra baş verən intihar hadisəsinə münasibət bildirib.

"Ləman adlı bir qızımız qız toyundan sonra intihar edib. Allah valideynlərinə səbir versin. İntiharda rəhmət düşmür. Atası müsahibə verib, deyir ki, qızımın geyiminə görə qaynanası ona irad bildirib.

Adət-ənənələrini bildiyimə görə deyirəm ki, gəlinin paltarını adətən oğlan evi alır. 90 faiz hallarda isə qaynana və qaynata alır. Cavanların çoxunda imkan olmur ki, 10-5 minə yaxud praktik olaraq 200-300 manata gəlinlik alsın. Bu gəlin qaynanasız gedib gəlinlik alıbsa və qaynana danlayıbsa, bu başqa mövzudur. Qaynana özü aldığı şeyə görə niyə danlasın ki? Demək, bu, qaynana üçün sürpriz olub. İndi qaynana irad bildirib, amma buna görə adam intihar etməz. Artıq qaynananın iradından qızlar intihar edir. Adam bilmir, kimi alsın, kimi ocağının kənarına gətirsin ki, qınağa düşməsin. Mənim gəlinim özbaşına gedib gəlinlik seçsə, mən də irad bildirərəm. Deyərəm: 'Bala, böyük-kiçik saymırsan?'"


Sizin reklam burada
Sizin reklam burada