Gürcüstanda qanunsuz yaşayan 5 nəfər saxlanıldı

Gürcüstanda qanunsuz yaşayan 5 nəfər saxlanıldı
16:44

Gürcüstanın Daxili İşlər Nazirliyi xəbər verir ki, Miqrasiya Departamenti və Sərhəd Polisi əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində Hindistan, Pakistan, Nigeriya və Nepal vətəndaşları olan 5 nəfər saxlanılıb.

Nazirliyin açıqlamasına görə, saxlanılan şəxslərin ölkədə qalmaq üçün heç bir qanuni əsasları olmayıb və onlar sığınacaq prosedurlarından sui-istifadə edərək illərdir Gürcüstanda qanunsuz yaşayıblar.

Əlavə olaraq bildirilib ki, həmin şəxslər onlara verilmiş ölkəni könüllü tərk etmək barədə qərara əməl etməyiblər. Bu səbəbdən Miqrasiya Departamenti onların saxlanılması barədə qərar qəbul edib.

Hazırda 5 nəfər Miqrasiya Departamentinin Müvəqqəti Saxlanma Mərkəzinə yerləşdirilib və yaxın günlərdə mənsub olduqları ölkələrə geri göndəriləcəklər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada