Mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova xalası, həmkarı Lalə Dadaşovanın ünvanına sərt sözlər deyib.
News365.az xəbər verir ki, "Elgizlə izlə" verilişində qonaq olan Səidə aparıcı Elgiz Əkbərdən xalasının adını eşitdikdən sonra belə reaksiya verib:
"Xahiş edirəm ki, mənim yanımda elə insanların adını çəkməyin. Çünki o adda insanları tanımıram və tanımaq istəmirəm. Bir insan ki, xala olaraq sosial şəbəkədə bilib-bilmədən mənə ağzına gələni yazır. Lap mən nəyisə səhv demişəm. Xala olaraq mənə zəng et və soruş ki, nə olub? Yoxsa sosial şəbəkədə yazır ki, beləsən, eləsən. Hər kəs öz keçmişinə baxsın. Mənə heç kim ailə nümunəsi göstərməsin. Mənə ancaq anam zəng vurub nəsə deyə və ya yaza bilər. Anamla mənim aramdakı söhbətə də heç kim qarışa bilməz. Yalnız atam sağ olsaydı, bu məsələyə müdaxilə edə bilərdi. Atam olmayan yerdə heç kim mənim anamla aramda olan söhbətə müdaxilə edə bilməz. Bu, ana-bala arasındadır, özüm bilərəm. O mənə deyər, ya da mən ona. Bir dəfə məndən danışanda, 5 dəfə özlərindən danışsınlar. Hər kəs öz aynasına, çevrəsinə baxsın. Elə sözlər var ki, onları desəm... Mən hələ böyüklüyümü göstərirəm".