lmaniya açıq bazarlar və geosiyasi maraqların təsiri altında qlobal iqtisadi gərginliyin mərkəzində dayanır.
News365.az xəbər verir ki, bunu Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe DPA xəbər agentliyinə açıqlamasında bildirib.
Nazir bildirib ki, hazırkı vəziyyətdə Almaniya rəqabət qabiliyyətini qorumaqda çətinlik çəkir:
“Strukturlarımız hazırda beynəlxalq rəqabətə dözümlü deyil. Alman şirkətləri yüksək enerji xərcləri, sərt tənzimləmələr və sosial öhdəliklərdən əziyyət çəkir. Bu problemlərin həlli üçün köklü iqtisadi islahatlar zəruridir. Bu islahatlar həm ölkə, həm də Avropa İttifaqı səviyyəsində həyata keçirilməlidir. Aİ özünü rəqabətin təşviqçisi kimi görməli, tənzimləyici əyləc kimi deyil,” – deyə Katerina Rayxe vurğulayıb.