Mağaza və restoranlardan oğurluq edənlər saxlanıldı

Mağaza və restoranlardan oğurluq edənlər saxlanıldı
17 Fev 2025 14:10

 Fevralın 14-ü Sabunçu rayonu ərazisində yerləşən restoranların birindən 182 manat oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.  

Araşdırmalarla saxlanılan şəxsin E.Həsənov adlı tanışı ilə birgə ayrı-ayrı vaxtlarda mağaza və restoranlardan 470 manat pul, mobil telefon, tütün məmulatı, alışqanlar və energetik içkilər oğurlamaları da məlum olub. E.Həsənov da müəyyən edərək saxlanılıb.


Sizin reklam burada
Sizin reklam burada