Lukaşenko İlham Əliyevi təbrik etdi

Lukaşenko İlham Əliyevi təbrik etdi
13:27

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan da daxil olmaqla, bəzi ölkələri İkinci Dünya müharibəsində qələbənin 81-ci ildönümü münasibətilə təbrik edib.

News365.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Təbrik məktubları Azərbaycan Prezidenti İlham Əliyevə, Ermənistan Prezidenti Vaaqn Xaçaturyana, Gürcüstan Prezidenti Mixail Kavelaşviliyə, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə və ölkənin ilk prezidenti Nursultan Nazarbayevə, Qırğızıstan Prezidenti Sadır Japarova, Rusiya Prezidenti Vladimir Putinə, Tacikistan Prezidenti İmaməli Rəhmana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova və Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova, Özbəkistan Prezidenti Şövkət Mirziyayevə, Slovakiyanın Baş naziri Robert Fitsoya, eləcə də Moldova və Ukrayna xalqlarına göndərilib.

Liderlərə müraciətində Aleksandr Lukaşenko vurğulayıb ki, müqəddəs 9 May Günü sovet xalqlarının taleyinə əbədi olaraq həkk olunub və onilliklər keçsə belə, onların qəhrəmanlarının şücaətinin böyüklüyü unudulmur.

Belarus Prezidenti müharibənin ağır sınaqlarına tab gətirən xalqların dostluğunun mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün sarsılmaz təməl olaraq qalacağına əminliyini ifadə edib.


Sizin reklam burada
Sizin reklam burada