Belarus Prezidenti Aleksandr Lukaşenko dekabrın 18-19-da keçiriləcək 7-ci ÜmumBelarus Xalq Assambleyasının ikinci sessiyasında çıxış etməyi planlaşdırır.
News365.az xəbər verir ki, Dövlət başçısının mətbuat xidməti “Belta”ya bildirib ki, o, həm xalq, həm də parlament qarşısında müraciət edəcək.
Yenilənmiş konstitusiyaya görə, illik prezident müraciətləri yalnız ÜmumBelarus Xalq Assambleyasında təqdim olunur. Sessiya zamanı həmçinin ölkənin növbəti 5 illik sosial-iqtisadi inkişaf proqramı təsdiqlənəcək.
Bu addım Belarusda siyasi və iqtisadi kursun gələcək perspektivlərini müəyyənləşdirəcək mühüm hadisə kimi qiymətləndirilir.
News365.az