Loridə ağır qəza: 12 nəfər yaralandı

Loridə ağır qəza: 12 nəfər yaralandı
12 Yan 2025 20:59

Ermənistanın Lori vilayətinin Vanadzor şəhərində ağır avtomobil qəzası baş verib.

News365.az erməni mediasına istinadən xəbər verir ki, Karen Dəmirçiyan küçəsində “QAZel” “Toyota Prado” ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan 12 nəfər xəstəxanaya yerləşdirilib.

Bundan əlavə, qəza təsirindən yoldan çıxan “QAZel” yaxınlıqdakı mağazaya çırpılıb və nəticədə obyektə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada