Müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında Londonda keçiriləcək Bakı toyu ilə bağlı paylaşım edib. O, toyun baş tutacağı məkanın vaxtilə Britaniyanın sabiq baş naziri Uinston Çörçilin evi olduğunu və hazırda otel kimi fəaliyyət göstərdiyini bildirib.
News365.az-ın məlumata görə, toy mərasiminə 100 nəfər dəvət olunub. Tədbirdə həm Azərbaycandan, həm də İngiltərədən qonaqlar iştirak edəcək.