Litva XİN Quterreşi sərt şəkildə tənqid etdi

Litva XİN Quterreşi sərt şəkildə tənqid etdi
26 Okt 2024 16:55

BMT-nin baş katibi Antonio Quterreşin Rusiyanın Kazan şəhərində keçirilən BRİKS sammitində iştirakı, eləcə də Ukraynadakı müharibə ilə bağlı sülh sammitinə getməkdən imtina etməsi “səhvdir”. LTR xəbər verir ki, bu fikri Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib.

"Quterreş həm İsveçrədə Ukrayna sülh sammitinə getməmək qərarına gələndə, həm də indi axtarışda olan hərbi cinayətkar Putinin yanına gedərək ona və onun şəriki Lukaşenkoya həsəd aparanda səhv etdiyini etiraf etməli və məsuliyyəti öz üzərinə götürməlidir",- siyasətçi qeyd edib.

Litva Xarici İşlər Nazirliyi bildirib ki, Quterreş vəzifəsini tərk etmək qərarına gəlsə, buna etiraz etməyəcək.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada