Xəbər verdiyimiz kimi Ermənistanda siyasi vəziyyət xeyli gərginləşib. Siyasətçilər, deputat və din xadimlərinin, biznesmenlərin ev və ofislərində axtarışlar aparılır, onların bəziləri həbsə atılır. Artıq inqilab arzusunda olan keşiş Baqrat Srbazana 2 aylıq həbs cəzası kəsilib. Bu gün səhər isə 30-a yaxın naməlum maskalı şəxs Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanın iqamətgahına daxil olub. Yerli media yazır ki, hazırda iqamətgahın həyətində vəziyyət gərgindir.
"Mamul"nəşri yazıb: "Bu dəqiqələrdə iqamətgahın həyətində gərgin vəziyyət yaranıb. Orada xeyli sayda Milli Təhlikəsizlik Xidmətinin(MTX) maskalı əməkdaşı var. Onlar Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikaeli həbs etməyə gəliblər. Buna imkan verməyən din xadimləri ilə təhlükəsizlik qüvvələri arasında əlbəyaxa dava düşüb və görüntülərdə II Qareginin də orada olduğu, qarşıdurmanın qarşısını aldığı görünür".
Tural